25.02.2024
447
Funksional və qeyri-funksional tələblər təkcə Backend-də deyil, həm də Frontend-də tətbiq edilir. Frontend arxitekturası ilə biz biznes tələblərini yerinə yetirə bilirik. Bundan əlavə, biz layihələrin mürəkkəbliyini daha yaxşı başa düşə bilir, nəticədə istənilən layihənin riskini, vaxtı və xərclərini azaldırıq.
Fikrimizcə, Frontend arxitekturasının istifadə edilməsi üçün ən yaxşı səbəb istənilən layihənin davamlılığı və miqyaslılığıdır (scalability). Belə ki, layihəyə əlavə edilən yeniliklər layihənin işində problem yaratmamalıdır.
Front-end arxitekturasının mahiyyətini daha yaxşı başa düşmək üçün verilmiş qrafikə baxaq.
Layihəyə başlayarkən ediləcək ilk iş, bənzərsiz müştəri təcrübəsi təqdim edən arxitektura qurmaqdır. Belə ki, qurulan arxitektura iş axınına da təsir edir və növbəti vacib məsələ iş axınını daha da asanlaşdırmaq üçün aşağıda qeyd olunan addımlara əməl etməkdir.
SOLID prinsipi.
Bu prinsip Robert C. Martin (Bob Uncle 🙂) tərəfindən yaradılmışdır. Bu prinsipin yaradılmasının əsas səbəbi layihədə kodları və funksionallıqları daha rahat idarə etməkdir. Aşağıdakı misallar obyekt yönümlü proqramlaşdırma (OOP - object oriented programming) üzərindən verilmişdir.
Əgər layihədə istifadə edilən müəyyən funksionallığa malik olan bir class başqa class-la birbaşa əlaqəlidirsə, birində edilən kod dəyişikliyi digərləri üçün problem yarada bilər. Bunun baş verməsi bizim üçün problem yaradacaq.
Hər bir class-ın yalnız bir funksionallığı olmalıdır. Class-ları uyğun olmayan interfeysləri həyata keçirməyə məcbur etməməliyik.