Məzunlar - JET Academy

İlkin Quluzadə

Full-Stack proqramçı

Mən də JED Academy məzunuyam. Bu gün Türkiyənin ən böyük şirkətlərindən birinin Azərbaycan ofisində öz ixtisasım üzrə işləyirəm. Bunda JED Academy təhsilinin rolu çox böyükdür. Düzdür, Proqramlaşdırmadan öz bilik və bacarıqlarım olsa da, dərsləri qrup halında tədris etsəniz də, müəllim hər kəsə fərdi yanaşıb, hər şeyi əlifbasından başlayaraq, kodlama zamanı qarşılaşa biləcəyimiz problemlərə və onların həll olunmasına, ən optimal alqoritmanın qurulmasına qədər hər şeyi dərinliklərinə qədər öyrətdiyiniz üçün təşəkkürlər!

Aytən Hüseynova

Front-End proqramçı

"JED Academy"-də 5 ay müddətinə Frontend proqramlaşdırma üzrə təhsil aldım. Həm müəllim həm də mentor heyətinin savadı, pedaqoji bacarığı və tələbə ilə xoş münasibəti, həm də kurs rəhbərliyinin sonda sertifikat və təcrübə proqramı ilə təmin etməsi sadəcə mükəmməldir! Çox razı qaldım, bütün dostlarıma, tanışlarıma hər zaman JED Academy-ni məsləhət görürəm.

Lətif Babayev

Back-End proqramçı

Uzun müddət kurs axtarışlarından sonra dostumun məsləhəti ilə JED Academy-yə gəldim və dərslərdə iştirak etməyə başladım. Möhtəşəm kollektiv, güclü müəllim və mentorlar ilə dərslər həm maraqlı, həm də anlaşılan olur. Hal-hazırda C# ilə Back-End proqramlaşdırma kursu üzrə təhsil alıram və JED Academy kollektivindən çox razıyam. Ətrafımda kurs axtarışında olan hər kəsə JED Academy-ni məsləhət görəcəyəm.

Aybəniz Abasova

Front-End proqramçı

Mən JED Academy'də 6 ay təhsil almışam və təcrübələrimə əsasən deyə bilərəm ki, Jed Academy'də həqiqətən öz işini bilən müəllimlər çalışır. Grupda 6 nəfər olmağımıza baxmayaraq müəllimin hər kəslə fərdi məşğul olması və hər kəsə öz biliklərini mükəmməl şəkildə çatdırması biz tələbələri də motivasiya edir həmdə inkişaf etməyimizdə böyük rol oynayırdı. Öyrəndiyim hər şeyə görə və yığdığım təcrübəyə görə təşəkkürlər Jed Academy!

Həbib Əliyev

IT HelpDesk mütəxəssisi

IT sahəsində ixtisaslaşmış kurs axtarışında idim. Müəyyən axtarışlardan sonra JED Academy-də Helpdesk üzrə kurs keçmək barədə qərar verdim. Əvvəllər standart və sıradan kurs təlimlərindən olacağını düşünürdüm. İlk dərsdə iştirak etdikdən sonra fikirlərim tamamilə dəyişdi.

Təlimçinin peşəkar olması sayəsində hər dərs maraqlı və inkişaf yönümlü keçir. Tam arxayınlıqla JED Academy-ni nəinki öz tanışlarıma, hətta hər kəsə məsləhət görürəm.

Ceyhun Şərəfxanov

Front-End proqramçı

Tam səmimi olaraq, bu Academy’a haqqında danışacağım müsbət şeylər çoxdur. Hansından başlayım bilmədim. Mehriban kollektiv,təcrübəli və peşəkar müəllim heyəti, yüksək səviyyədə keçrilən dərslər, daimi mentor dəstəyini deməsəm olmazdı. Beş ay Front-end developer olaraq tədris aldım həddindən artıq çox məmnunam, istər keçirlən dərsin keyfiyyətindən istərsədə dərsin keçirilmə şəraitindən və kursu bitirdikdən 1 gün sonra təcrübə proqramına yönləndirildim bunun üçündə ayrıca sevincliyəm bunun üçün başda kursun rəhbərinə və müəllimimə, ümumilikdə JED Academy-ə kollektivinə təşəkkürümü bildirirəm!

Rəsul Alı-Hüseynov

Back-End proqramçı

Mən Rəsul Alı-Hüseynov. Proqramlaşdırma kursu axtarışımda təsadüfən JED Academy ilə qarşılaşdım və diqqətimi çəkdi. Daha sonra sınaq dərsi üçün müraciət edib gəldim və ilk dərsdən həm təlimçinin, həm mentorun, həm də akademiyanın mühiti buraya gəlməyimə səbəb oldu. Təlimçinin və mentorun bütün tələbələrə ayrı diqqət yetirməsi, dərslərə olan həvəsimizi daha da artırır. Proqramlaşdırmakursu axtaran hər kəsə məsləhət görərdim. Xüsusi diqqət və yanaşmanız üçün təşəkkür edirəm JED Academy.

Ramiz Şəfiyev

Back-End proqramçı

Mən JED Academy ilə uzun müddət kurs axtarışı etdikdən sonra qarşılaşdım. Programlaşdırmaya çox həvəsli idim və artıq biryerdən başlamalı olduğumu bilirdim. Ama qərarsız idim ,çünki çox məlumatım yox idi bu sahəyə, çətinlik çəkəcəyimi düşünürdüm amma kursa başlayandan sonra düşüncələrim dəyişdi. Önəmli olan,dərslərin keyfiyyəti, mövzuların necə izah edilməsidir. Məllimlərin izah etmə qaydası çox rahat və tez anlaşılandır. JED Academy-dən və müəllimlərdən razıyam. Hərkəsə tövsiyə edirəm. Təşəkkürlər JED Academy !

Xədicə Abbasova

Fullstack proqramçı

 Mən JED  Academy-də Fullstack proqramlaşdırmanı öyrəndim. Jed Academy hər kəsə məsləhət görə biləcəyim bir tədris mərkəzidir. Hər kəsə məsləhət görməyimə səbəb JED Academy-nin peşəkar və səmimi bir komandaya malik olması, dərslərin hər kəsə aydın formada izah olunması və maraqlı metodlarla izah olunmasıdır. Proqamlaşdırma sahəsinə marağı olan hər kəs üçün əvəzolunmaz tədris mərkəzidir!

Məhəmməd Eminov

Front-End proqramçı

“Front-End üzrə JED Academy-ə müraciət edərkən əvvəlcə şübhə içində idim. Amma dərslərə başladıqdan sonra JED Academy-nin düzgün seçim olduğunu anladım.
Kurs heyəti çox səmimi ve mehriban insanlardır. Demək olar ki, dərslər haqqında hər ay bizim fikirlərimizi, dərslərin necə keçirilməsi, təlimçi ve mentorların haqqında narazı olub-olmadığımızı, dərs videolarının keyfiyyəti haqqında fikirlərimizi alırlar, bir problem olduqda aradan qaldırırlar.
Müəllim heyəti gənc olmasına baxmayaraq çox savadlı insanlardır. Tələbələrə həm müəllim, həm də dost kimi yanaşmaları, dərsin izahı, dərsi tam şəkildə mənimsəyənə qədər bizimlə məşğul olmaları, hər bir sualın pozitiv cavablandırılması tələbələri motivasiya edir. Kursun rəhbərliyinə və başda Ramin müəllim olmaqla bütün müəllim və mentor heyətinə öz təşəkkürlərimi bildirirəm.”

Məmməd Rzayev

Back-End proqramçı

Səmimi olaraq öz fikirlərimi bölüşmək istəyirəm. Kursda 6 ay peşakar müəllim tərəfindən dərs aldım və aldığım təhsil, müəllimin bizimlə bölüşdüyü dəyərli təcrübələrə görə minnətdaram. Bu akademiyadakı müəllim heyəti, kollektiv çox gülərüz, istiqanlı və çox səmimidirlər. Bu kursda Backend proqramçı olaraq təhsil aldım, həm aldığım təhsildən həm şəraitindən həmdə bizə təqdim etdikləri yüksək səviyyəli tədrisdən çox razıyam. Yaxşıki bu kursu seçmişəm, ümumilikdə JED-Academy ailəsinə dərin təşəkkürlərimi bildirirəm!

Əlican Mirzəyev

Back-End proqramçı

JED Academy-də peşəkar və təcrübəli müəllimlər tərəfindən tədris edilən Backend proqramlaşdırma kursu mənim üçün çox faydalı və uğurlu oldu. Backend developer olmaq üçün lazım olan bütün bilik və bacarıqlar burada yüksək səviyyədə öyrədilir. Tədrisimdən çox razıyam və hər kəsə JED Academyni məsləhət görürəm! Arzu edirəmki ölkəmizdə bütün tədris mərkəzləri və kurslar bu səviyyədə olsun. JED Academy müəlimlərinə və kollektivinə dərin minnətdarlığımı bildirirəm, yaxşı ki varsız, uğurlar arzu edirəm sizə🙂
 

Hüseynağa Qurbanov

C# Back-End

Salam! Mən Hüseynağa Qurbanov. JED Academy-ni təsadüfən tapdığıma baxmayaraq gözləntilərimin artığını gördüm. Peşəkar müəllim və mentor sayəsində Backend-lə daha yaxından tanış oldum.

Tələbələrə həm müəllim, həm də dost kimi yanaşmaları, dərsin izahı, dərsi tam şəkildə mənimsəyənə qədər bizimlə məşğul olmaları, hər bir sualın pozitiv cavablandırılması tələbələri motivasiya edir.

Kurs axtaranlara məsləhətim budur ki, tam əminliklə bu kurslara qoşula bilərsiniz.
JED Academy-ə dərin təşəkkürlərimi bildirirəm!

Süleyman İsmayılov

Full-Stack proqramçı

Həm savadlı və anlayışlı müəllim və idarəetmə kollektivi baxımından, həm də dərslərin dinamik və öyrədici olması baxımından bu vaxta qədər tədris aldığım ən yaxşı kursdur. Proqramlamanın istənilən sahəsinə başlayacaq olan hərkəsə tövsiyyə edirəm.

Heydər Hüseynov

Back-End proqramçı

JED Academy haqqında bunları deyə bilərəm ki, təcrübəli müəllimlər, güləriz kollektiv və münasib qiymətə tədris mərkəzi tapmaq çətindir ancaq JED Academy bu imkanları sizə verir. Aldığım təhsildən, müəllimimdən və tədris mərkəzdən çox razı qaldım. Təşəkkürlər JED Academy.
 

Rəvan Rəhimli

Full-Stack proqramçı

JED Academy kollektivinə keyfiyyətli təhsil üçün öz təşəkkürümü bildirirəm. Göstərdikləri diqqət və nəvaziş sayəsində tələbələr yüksək nailiyyətlər əldə edirlər. JED Academy tələbəsi olaraq tədris mərkəzindən çox razı qaldım. Uğurlar Jed academy.

Elvin Sərkərov

Front-End proqramçı

Frond-end proqramlaşdırma üzrə onlayn kursu bitirib müəyyən biliklər qazandıqdan sonra, biliklərimi daha da artırmaq üçün təcrübə proqramı axtarırdım. Beləliklə JED Academy təcrübə təlimləri  ilə tanış oldum və qeydiyyat üçün müraciət etdim. Təcrübə proqramında ən önəmlisi real layihələrdə, real iş mühitində  işləməyimiz və müasir proqramlaşdırma texnologiyalardan istifadə etməyimiz idi. Proqram sayəsində real layihələr üzərində işləyərək frond–end üzrə boşluqlarımı, çətinlik çəkdiyim hissələri, qüsurlarımı aradan qaldırmağımı bacardım. Bu müddət ərzində JED Academy-nin müəllimləri Amil və Əli müəllim çoxluca yardım edir və proqramlaşdırmanın incəliklərini bizə başa salırdı. JED Academy ailəsinə dərin təşəkkürlərimi bildirirəm.

Rahid Fərzullayev

Python Back-End proqramçı

İnstagramda proqramlaşdırma kursları axtarırdım və JED Academy diqqətimi cəlb etdi və mənim gözləntilərimi qarşıladı.

Kurs haqqında fikirlərimə gəldikdə isə istər dərslərin yüksək səviyyədə keçirilməsi olsun, kursun şəraiti olsun və ən əsasıda təlimçinin dərsi çox gözəl başa salması və bizlərlə dost kimi səmimi olması bu kursu mükəmməl edir.

Ümumilikdə kurs haqqında fikirlərim əladır. Kursu mənim üçün gözəlləşdirən əsas amil təlimçidir və onun mükəmməl səviyyədə dərs öyrətməsi və bizlərlə dost kimi olması

Nicat Vəliyev

Full-Stack proqramçı

Mən JED Academy tədris mərkəzindən çox razı qaldım, səbəbinə gəldikdə isə dərsləri çox qəşəng izah edən müəllim və ən əsası müəllim sıxılmamağımız üçün dərsi maraqlı üsullarla başa salırdı. Təşəkkürlər JED Academy!

Anora Qaflanova

Back-End proqramçı

Mən 6 ay Python Back-end üzrə JED Academy-də təhsil aldım. Bu kursa yazılmağım tamamilə bir təsadüf oldu. Bir kursdan gözlədiyim hər şeyi JED Academy-də tapdım.  Xoş, gülərüz kollektiv, dərslərin maraqlı, əyləncəli, aktiv, sual-cavablı keçirilməsi və praktika dərslərinin üstünlük təşkil etməsi mənə çox şey öyrətdi. Dərslərimiz çox əyləncəli keçirdi, heç sıxılmadan, əylənərək öyrənirdik. Hələ bir şey də vardı ki, əlində çay, rahat stol və özünə aid bir kompüter. Bu kursda 6 ay boyunca aldığım təhsildən, yüksək səviyyəli tədrisdən çox razıyam. Yaxşı ki, sizi seçmişəm, ümumilikdə JED Academy ailəsinə təşəkkürlərimi bildirirəm!"

Səbuhə Qənbərova

Front-End proqramçı

JED Academy sayəsində Frontend-lə daha yaxından tanış oldum. Hər dərs qarşıma çıxan yenilikləri öyrənmək, yaratmaq, onlara rəng qatmaq mənə zövq verdi. Beş ay müddətində göstərdiyiniz qayğı və diqqət üçün təşəkkürlər JED Academy ailəsi. Mənim üçün qiymətli və əzizsiniz!
 

Ülvi Eyvazov

Fullstack proqramçı

JED Academy-də full-stack proqramlaşdırma öyrənmişəm, burada hərcür şərait mövcuddur. Təcrübəli müəllim və mentor heyyəti ilə çalışırsınız dərslər isə maraqlı və başa düşülən keçirilir. Müəllim hər kəslə dost münasibəti ilə rəftar etdiyindən hər hansı bir sualınız yarandıqda istənilən vaxt çəkinmədən verə bilirsiniz. Proqramlaşdırma sahəsinə başlamaq və ya biliyinizi inkişaf etdirmək istəyirsinizsə JED Academy məsləhət görülür.

Vüqar Qurbanov

Fullstack praqramçı

JED Academy-də Fullstack üzrə təhsil aldım. Bu sahəyə başlamazdan əvvəl biliklərim çox aşağı idi, lakin JED Academy-ə qoşulduqdan sonra özümdəki inkişafı gördüm. Dərslər gözəl şəraitdə və təcrübəli müəllimlər tərəfindən keçirilir. Hər hansı bir çətinlik yaşadıqda müəllimimiz bizə kömək olurdu.  Bu sahəyə marağı olanlar üçün çox yaxşı tədris mərkəzdir.

Qulam Səmədli

Front-End proqramçı

Altı aydır ki Frontend proqramlaşdırma sahəsində idim, online kursların birindən məzun olduqdan bir müddət sonra işə qəbul oldum, lakin verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməkdə çətinlik çəkirdim.Buna görə də nəyinki təcrübəmi artıra bilmirdim, hətta stress keçirirdim. İş yoldaşlarıma yardım üçün müraciət edirdim, amma çoxlu sual verəndə onların da narahat olduğunu hiss edirdim. JED Academy-nin təcrübə proqramı haqqında eşidəndə əlaqə saxlamağı qərarlaşdırdım.Zəng etdiyim zaman onlarda peşəkarlıq səviyyəsini hiss etdim.Əvvəlki iş yerimdən ayrılıb, təcrübə proqramına JED Academy-də qoşuldum, burada bir çox şey öyrəndim və təcrübə topladım. Təşəkkür edirəm burada çalışan hər kəsə, gözəl bir təcrübə proqramı yaratmısınız.

Namiq Quliyev

Back-End proqramçı

Mən JED Academy-də Backend üzrə  6-ay təhsil aldım. Uzun müddətli kurs axtarışından sonra nəhayət doğru və gələcək üçün karyera sahibi ola biləcəyim  ünvanı tapdım. JED Academy-də başladığım zamandan bu günə qədər gözəl, mehriban və səmimi kollektivlə xüsusilə də canını bu işə qoyan, gec saatlarda belə olsa suallarımızı cavablandıran  insanlarla tanış oldum. Dərslərin keyfiyyətindən, keçirilmə şəraitindən çox razıyam. Təhsilə yaradılan şəraitə görə rəhbərliyə və üzərimdə əziyyəti olan müəllimimə təşəkkür edirəm.

Səbinə Xəlilova

Front-End proqramçı

Mən JED Academy-də  Front-End üzrə 5 ay təhsil aldım. Bu kurs barədə o qədər müsbət fikirlərim var ki, ilk öncə  JED Academy və kollektivinə çox təşəkkürümü bildirirəm. Müəllimlərin hər dərsi detaylı başa salması, eyni sualı dəfələrlə versək də bezmədən bizi öyrətməkləri, hər tapşırığımızın detaylı şəkildə yoxlanması, bütün kurs tələbələrinə səmimi və mehriban olduğunuz üçün, hər problemimizi həll etməyə çalışıb bizə köməklik göstərdiyiniz üçün çox sağolun. Yaxşı ki, JED Academy!

Kamran Ağamoğlanov

Back-End proqramçı

Salam. Mən Ağamoğlanov Kamran JED Academy-də Python Back-End kursunun  tələbəsiyəm. Bu kursa gəlməmişdən əvvəl başqa kurslarla da maraqlanıb, məlumat almışam. Başqa kurslarla müqayisədə JED Academy-də daha qısa müddətə öyrənmək olur və daha sərfəli kursdur. 

Bu kursu internet üzərindən tapdım və əlaqə saxladım. İlk öncə kursla əlaqədar olaraq rəhbərlik ilə görüşdüm. Kurs barəsində ətraflı və geniş şəkildə izah etdilər. Daha sonra bizim təlimçimiz Məmmədəli Məmmədəliyevlə görüşdüm. Təlimçimiz də öz növbəsində Python-u çox gözəl və perspektiv şəkildə izah etdi və mən kursa yazıldım.

Mənə deyilən vaxta kurs başladı və bu günə kimi kursda iştirak edirəm. JED Academy-nin çox mehriban əməkdaş kollektivi var. Bizim təlimçimiz Məmmədəli bəy isə öz növbəsində tədris sahəsində çox peşakardır, həmdə tələbələrlə çox mehriban və səmimidir. Keçdiyi Python dərsləri tələbədə gündən-günə daha yüksək maraq oyadır.  

Proqramlaşdırma sahəsini öyrənmək istəyən tələbələrə JED Academy-ni məsləhət görürəm.

Sahib Novruzov

Back-End proqramçı

Düzünü desəm mənim üçün JED Academy tədris mərkəzini tapmaq elə də asan olmadı. Kurs araşdırarkən mənim üçün əsas meyar sistemli şəkildə dərslərin keçirilməsi, geniş auditoriyaya malik olması və təcrübəli müəllimlərin olması idi. Burada olan kollektiv və müəllimin qayğısı məni dərslərimi daha yaxşı qavramağa və daha çox mütaliyə etməyə vadar etdi. Ən əsası isə Akademiyada qayğıkeş və yardımsevər mentorların olmasıdır. Tədris mərkəzinə bizə bu şəraiti yaratdığına görə təşəkkür edirəm!

Rəhman Musayev

Front-End proqramçı

Jed academy-ə qoşulmamışdan öncə müəyyən təcrübəm var idi lakin həmişə yazdığım koda skeptik yanaşırdım və eyni zamanda real proyektər üzərində işlərimin olmaması həmişə məni narahat edir hətta zamanla həvəsdən düşürdüm. Akademiyaya qoşulduqdan sonra instruktor və mentorların köməyi ilə artıq real layihələr yazmaqla yanaşı daha səliqəli "clean code"  prinsiplərinə riayət edən kodlarlarla proyektlər yazmaq mənim özgüvənimi və motivasiyamı artırdı. Buda təbii olaraq məhsuldarlığıma müsbət təsir etdi. Bundan başqa akademiyada verilən tasklar, challenge-lar, müxtəlif dərəcəli alqoritmik məsələləri nəzərdən keçirmək və həll etmək mənim proqramçı kimi inkişafıma müsbət təsir etdi və daha yaxşı problem solving skills-ə sahib oldum.
Akademiyada peşəkar müəllim və mentor heyəti hər bir şəxsə individual yanaşır. Mənə daim dəstək olmaları və belə xoş mühit yaratdıqlarına görə Jed Academy kollektivinə təşəkkür edirəm və işlərində uğurlar arzulayıram
 

Aynur Sədrayeva

Front-End proqramçı

JED Akademy ilə tanış olduqdan sonra Front-End'in çox maraqlı və necə geniş miqyaslı bir sahə olduğunu öyrəndim. Peşəkar müəllimlər sayəsində bu sahənin dərinlik və incəliklərini öyrəndim. Həmçinin onların verdiyi motivasiya və dərsdə yaratdıqları pozitiv ab-hava mənə bu yolda dəstək oldu. Təcrübə programı biliklərimizi dahada inkişaf etdirib, gələcək iş həyatına hazır olmağımız üçün çox gözəl şərait yaradır. Jed Academy-də keçirdiyim aylar ərzində yeni biliklər və təcrübələr əldə etdim, müəllimimizin bizimlə öz təcrübələrini bölüşməyidə bizim  hazır olmağımıza yol açdı . Problemleri optimal yol ilə həll etməyi və real  çətinliklərlə üzləşməyi öyrəndim . Bu cür yüksək keyfiyyətli tədris mərkəzi ilə tanış olduğum üçün çox şadam. Təşəkkürlər JED Academy!
 

İdris Vəliyev

Front-End proqramçı

Proqramlaşdırmaya marağım 3 il öncə  yaranıb. Əvvəl özüm evdə youtube.com, udemy.com saytlarından öyrənirdim. Daha sonra müəllim yanına getdim və müəllimin dərs keçməyi məni qane etmirdi.  JED Academy kursu ilə tanış olduqdan sonra bu kursa yazıdım və dərs videolarına baxdım. Dərsi incəliyinə qədər izah edilməsi, tələbə ilə dost münasibət qurulması, tələbənin başa düşmədiyini dəfələrlə izah edilməsi. Bunların hamısı məni motivasiya etdi.
 

Eyyub Bayramov

Front-End proqramçı

JED Academy-ni çox sevdim. Front-end proqramlaşdırmanı öyrənməkdə mənə çox kömək etdilər, müəllimim  bütün mövzuları çox yaxşı izah edirdi , çətinliklərim olduqda hər zaman yanımda idi. Təşkilatçılıq tərəfdən də hər şey yüksək səviyyədədir, bir sözlə keçdiyim kursdan çox razı qaldım . Dərslərdə həm yeni mövzuları öyrənirdik, həm də öyrəndiklərimizi praktika edirdik, saytlar, oyunlar yığırdıq, çox maraqlı keçirdi dərslər. Hər şey üçün sizə təşəkkür edirəm JED Academy,  Xüsusi ilə Əlinemət müəllimin əziyyəti danılmazdır ,həqiqətən bir nömrəsiniz."

Bayram Musayev

Front-End proqramçı

JED Academydə keçdiyim frontend təcrübə proqramında müəllim və mentorların sayəsində real iş təcrübəsini və düzgün kod yazmağı öyrəndim. Bu proqramı digərlərindən fərqləndirən tərəfləri isə, intensiv olması, sualıma anında cavab gəlməsi və səmimi ortamdır! Proqrama qoşulmaqla kolleqa əlaqələrim də artdı. Mənə onlarla yeni dost və kolleqa qazandırdı ki, bilənlər bilir bu necə üstünlükdür. Bütün bunlara görə, Sizə sonsuz təşəkkürlərimi bildirirəm, JED Academy ailəsi!

Nazim Şıxkərimov

Front-End proqramçı

​​​​​​​Front-end kursunu bitirdikdən sonra əldə etdiyim biliklərimin praktiki tətbiqində çətinlik çəkirdim.  Müxtəlif kurslar ilə maraqlanmışdım,  JED Academy-nin bu sahə üzrə digərlərindən bir sıra üstünlükləri olduğunu gördüm. Burada real layihələr üzərində işlənilir,  biliklərin layihələrdə düzgün tətbiqi və yeni bilik və texnologiyaların öyrənilməsi üçün təcrübəli proqramçılar təcrübə keçənlərə fərdi olaraq dəstək olurlar. Bu imkanı yaratdığına görə başda Rauf bəy olmaqla JED Academy kollektivinə təşəkkür edirəm və təcrübə keçmək istəyənlər üçün tövsiyə edirəm.

İntiqam Şumalov

Front-End proqramçı

İstərdim Sizə JED Academy-nin mənə verdiyi təcrübə və bacarıqlardan bəhs edim. Orta təhsilimi bitirdikdən sonra , Front-end sahəsi ilə maraqlandım və self-study edərək  müəyyən biliklər əldə etdim. Amma peşəkar təcrübə əldə etmək üçün bunlar çox az idi və mən təcrübə proqramı axtarışına başladım və bir neçə kurs arasından təklifləri ilə fərqlənən JED Academy-ni seçmək qərarına gəldim. Artıq 3 aylıq təcrübə proqramını bitirdim,  indi isə  freelance layihələr əldə edərək öz gəlirimi qazanıram. Bu yolda mənə verdikləri dəstəyə görə başda JED Academy-nin rəhbəri Rauf bəy olmaqla bütün kollektivə sonsuz təşəkkürlərimi bildirirəm.

Səid Zahidov

Front-End proqramçı

 JED Academy-də  Frontend kursumu daha da gücləndirdim, həm də mehriban kollektiv qazandım. Maraqlanan hərkəsə mütləq şəkildə tövsiyə edəcəyim tək tədris mərkəzi olcaqdır. Təşəkkürlər JED Academy!

Elçin Eyvazlı

Front-End proqramçı

Kurs müəllimləri çox canayaxın və hazırcavab idilər. Kursda tələbənin biliyinə yönəlik olaraq ədalətli davranırlar. Məncə bu çox məntiqli bir hərəkətdi, yəni demək istədiyim bilmədiyini sənə aşikar olaraq xəbər verir, o yöndə istiqamət verirlər. Qiyməti bir kursa görə kifayət qədər münasibdir. Bununla belə düşünürəm ki tələbə üçün hər zaman köməyə hazır heyətdən daha qiymətli bir şey yoxdur. Əgər buranın digər yerlərdən ən önəmli fərqini göstərmək lazım gələrsə, müəllimləri tərifləmək bəs edər. Hər şeyə görə çox sağolun JED Academy!

Şahmurad Babayev

Front-End proqramçı

İlk dəfə JED Academy ilə mən instaqramda tanış oldum. Kursun ilk günlərində bizə proqramlaşdırmanın nə olduğunu sadə şəkildə izah etdilər və müəllimin bilik səviyyəsi, nizam-intizamı yüksək səviyyədə olması məni çox razı saldı. Dərslər əyani və ya onlayn şəkildə keçirilirdi, hətta evə verilən taskların qiymətləndirilməsi tələbələrdə böyük həvəs yaradırdı. Bizim üçün bu şəraiti yaratdıqlarına görə JED Academyə dərin təşəkkürlərimi bildirirəm!

İlkanə İmamquluyeva

Front-End proqramçı

JED Academy-də təcrübə proqramı sayəsində real layihələr üzərində işləyərək front-end üzrə boşluqlarımı, çətinlik çəkdiyim hissələri aradan qaldırmağı bacardım və biliklərimi daha da dərinləşdirdim. Həqiqətən peşəkar müəllimlərə və çox gözəl kollektivə sahib bir kursdur. JED Academy ailəsinə təşəkkürümü bildirirəm və təcrübə toplamaq istəyənlərə tövsiyə edirəm.

Emin Abdullayev

Front-End proqramçı

Mən 5 ay ərzində Front-end proqramlaşdırma üzrə biliklərə yiyələnmişdim amma bunları praktika etmək, təcrübə keçmək üçün uzun bir axtarışından sonra JED Academy təcrübə proqramı qarşıma çıxdı və müraciət etmək qərarına gəldim. Bu qərarımdan peşman olmadım. Mentor heyətinin xoş münasibətini, səlist izah etmə qabiliyyətini çox bəyəndim. Mehriban kollektivlə gözəl şəraitli yerdə təcrübə dərsləri keçirilir. Həm bilmədiyim mövzuları öyrəndim həm də bildiyim yazdığım kodların daha necə optimal qısa səliqəli yazıla biləcəyini. Sondada sertifikat ilə təmin edirlər. Real təcrübə və praktika qazanamaq istəyənlər üçün JED Academy Təcrübə Proqramını tövsiyyə edirəm. Üzrəmizdə əziyyətinizə görə Təşəkkür edirəm JED Academy!
 

Fidan Nəcəfova

Front-End proqramçı

3 aydır ki JED Academy komandasının üzvüyəm. Burada biz komanda olmaqdan ziyadə həm də bir ailəyik. Frond End proqramçı üzrə həm kurs tədrisi aldım, həm də təcrübə imkanını dəyərləndirdim. Bu müddət ərzində bir çox real proyektlər işlədim. Mentorların dəstəyi və köməkləri, o cümlədən çox yaxşı iş həmkarı olmaqları bizlərə növbəti karyera hədəf və yollarını (roadmap) seçmək, müəyyənləşdirməkdə çox yardımçı oldu. Hər gün kod müsahibə və çətinlikləri (challenge) bizi sahədə real rəqabətə hazırlıqlı etdi. Təşəkkürlər JED Academy!

Şahin Xasməmmədov

Front-End proqramçı

JED Academyada təcrübə proqramına qoşulduqdan sonra mən Frontend proqramlaşdırma sahəsindəki biliklərimi yüksək səviyyədə inkişaf etdirdim, burada təlimçilərimiz yüksek səviyyəli bilik və bacarıqlarını bizlərə aşılayırlar. Və inanıram ki JED Academya-daki təcrübə proqramını bitirdikdən sonra alacağım sertifikat mənə gələcəkdə yüksək iş imkanları yaradacaq.Minətdaram JED Academy!

Sənan Məmmədov

Full-stack proqramlaşdırma

Salam, mən Sənan Məmmədov. JED Academy-də Full-stack proqramlaşdırma sahəsi üzrə tədris alıram.

Buraya gəldiyim gündən bütün dərslərin, təlimçilər və mentorlar tərəfindən aydın izah olunması bizim daha sürətli və keyfiyyətli öyrənməyimizə səbəb olur. Dərs otaqlarının şəraiti də çox yaxşıdır, bunun üçün də ayrıca təşəkkürlərimi bildirirəm.

Hər bir tələbənin suallarını təmkinlə dinləyib, tam izahlı və ətraflı məlumat verirlər. Bir sözlə JED Academy-dən çox razıyam və bütün kollektivə minnətdaram. Dostlarıma da buranı məsləhət görəcəm!

Kənan Abdulhəsənov

Back-End proqramçı

Uzun müddət kurs axtarışım zamanı mənə uyğun meyarlarda olan kursu tapmağa çətinlik çəkirdim. JED Academy-də sınaq dərsinə qoşulan zaman fərqli atmosferi hiss etdim. Və, qoşulandan sonra da yanılmadığıma əmin oldum! Biz bu kursda həm əylənirik, həm də öyrənirik. Dərslər çox gözəl keçirilir və çox razıyam. Dərs zamanı hər bir detalı çox aydın formada öyrənirəm. Yaxşi ki, JED Academy-ni seçmişəm. Həqiqətən karyeram üçün uğurlu bir addımdır. Təşəkkürlər JED Academy!
 

Fidan Vəliyeva

Front-End proqramçı

Salam, mən Fidan Vəliyeva. Artıq 2 aydır ki JED Academy-də təhsil alıram və hər şeydən çox razıyam. Bütün JED Academy əməkdaşlarına təşəkkürlərimi bildirirəm. Təlimçimizin bütün tələbələrə ayrı-ayrılıqda fərdi yanaşması dərsləri daha yaxşı mənimsəməyimizə kömək olur.

Keçirilən dərslərin video yazılarının keyfiyyətli olması da bizim üçün üstünlükdür. Həm təlimçi, həm də mentor diqqətli və məsuliyyətli yanaşırlar ki, bu da kursa olan həvəsimizi gücləndirir.

Tanışlarıma da JED Academy-ni məsləhət görərdim. Həm şərait, həm təhsil, həm də hər tələbəyə ayrılan xüsusi diqqət təhsili daha keyfiyyətli edir. Təşəkkürlər JED Academy!

Tez-tez verilən suallar

Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz

JED Academy harada yerləşir?

Gənclik filialımızın ünvanı: Bakı ş., Olimpiya küçəsi 6A (Gənclik Mall yaxınlığında). Koroğlu filialımızın ünvanı: Bakı ş., Heydər Əliyev prospekti 187B, Sport Plaza, B bloku, 4-cü mərtəbə (Atletlər kəndi yaxınlığında).

Proqramlaşdırmanı öyrənmək üçün ingilis dili biliyi vacibdirmi?

İngilis dili biliyi B1/B2 səviyyəsində olmalıdır: ingilis dilində dokumentasiyanı rahat oxuyub başa düşməlisiniz. Yüksək səviyyəli proqramçı olmaq istəyirsinizsə, ingilis dili biliyiniz də yaxşı səviyyədə olmalıdır.

Online dərslər mövcuddurmu?

Bəli, dərslərdə istər əyani, istər online formatda iştirak edə bilərsiniz.

Kurslara neçə yaşdan qəbul edirsiniz?

16 yaşdan başlayaraq qəbul edirik, xüsusi hallarda 14-15 yaşdan da qəbul edə bilirik

Kursu bitirdikdən sonra sertifikat alacam?

Bəli, kurslarımızı bitirən məzunlarımızı sertifikat ilə təmin edirik. Kurslarımızı fərqlənmə ilə bitirən məzunlarımızı isə “Fərqlənmə sertifikatı” ilə təmin edirik.

Özümlə kompüter gətirməliyəmmi?

Əgər sizin şəxsi notbukunuz varsa, o zaman noutbukunuzu özünüzlə dərslərə gətirməlisiniz. Əgər noutbukunuz yoxdursa, o zaman biz sizi dərs zamanı masaüstü kompüter və ya noutbuk ilə təmin edəcəyik.

Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?

Bəli, kurslarımızı uğurla bitirmiş məzunlarımızı əməkdaşlıq etdiyimiz şirkətlərə təcrübə və iş üçün yönəldiririk.

Təlimçilər barədə məlumat almaq istəyirəm.

Təlimçilərimiz bir neçə il təcrübəyə malik peşəkar proqramçılardır, onlar bank sektoru, texnoloji şirkətlər və digər biznes sahələri üçün bir çox proqram təminatı hazırlamış mütəxəssislərdir və bu sahədə böyük təcrübəyə malikdirlər. Sınaq dərslərimizdə iştirak edərək özünüz təlimçilərin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.

Sınaq dərsinizdə iştirak etmək olarmı?

Bəli, sınaq dərslərimizdə iştirak edərək, özünüz dərs şəraiti, təlimçi və dərs metodikası ilə heç bir ödəniş etmədən tanış ola bilərsiniz. Sınaq dərsinə yazılmaq üçün bizimlə telefon və ya whatsapp üzərindən əlaqə saxlayın.