Süni Intellekt, Machine Learning kursuna qoşulun, Qeydiyyat

Kurs haqqında

Təlimçimiz bu sahədə yüksək təcrübəyə malik Machine Learning mühəndisidir: Qardaş Abbasov.

Təlimimiz 2 moduldan ibarətdir.

İlk modulda  siz təməl olaraq, Python proqramlaşdırma, statistika və riyaziyyat daha sonra isə Supervised, Unsupervised və Deep Learning bölmələrini öyrənəcəksiniz. 

İkinci modul isə Machine Learning-in Advanced bölmələri sayılan CNN və Time Series Analysis-i əhatə edir. Eyni zamanda öyrəndiyiniz bilikləri layihələr üzərində praktika edəcəksiniz. 

İki modulu da uğurlu şəkildə bitirib, rəsmi Tensorflow Developer Sertifikatı imtahanına müraciət edə bilətsiniz. Time Series Analysis eyni zamanda müasir əmək bazarında, xüsusilə bank və sığorta sektorunda, Data Scientist və Model Validator vəzifələrinin ən əsas tələblərindən biridir.

Bu kurs kimlər üçündür?

Qeydiyyatdan keç

Kursu seçin Adınız və soyadınız E-mailiniz Əlaqə nömrəniz Zəng üçün sizə uyğun olan vaxtı seçin


Karyera dəstəyi

Portfolio hazırlanması

Kurs və Təcrübə proqramı ərzində hazırlayacağınız layihələri Portfolionuza və CV-nizə yerləşdirə biləcəksiniz

CV məsləhətləri və yönləndirmə

CV hazırlanması üzrə məsləhət veririk və hazır CV-nizi partnyor şirkətlərə təcrübə və iş üçün yönəldirik

İntervyu məsləhətləri

Sizə iş təklif edən şirkət ilə intervyu üçün hazırıayacayıq: özünüzü intervyuda necə aparmalısınız, suallara necə cavab verməlisiniz və digər məsləhətlər

İş üçün yönləndirmə

Kursu bitirdikdən sonra dərhal işə başlamaq çox önəmlidir. Bu məsələdə də biz sizə yardımçı olacağıq: iş imkanı üçün sizi əməkdaşlıq etdiyimiz şirkətlərə yönəldəcəyik

Təcrübə proqramı

Siz kursumuzun məzunu olduqdan sonra sizi təcrübə proqramı ilə təmin edəcəyik və ya təcrübə üçün partnyor şirkətlərə yönəldəcəyik

Texniki dəstək

Kurslarımızı bitirdikdən sonra belə biz 6 ay ərzində sizin yanınızda olacayıq. Əgər siz işə düzəldiyiniz şirkətdə hər hansı texniki çətinliklə üzləşsəniz, təlimçilərimiz sizə dəstək göstərəcəklər

Məzunlarımız

Məzunlarımızın “JET Academy” haqqında fikirləri ilə tanış olun

Pulsuz Konsultasiya

Tədris sahəsinin seçimi ilə bağlı çətinlik çəkirsinizsə, pulsuz konsultasiya xidmətimizdən istifadə edin. Biz sizə doğru seçim etməkdə yardımçı olacayıq



Tez-tez verilən suallar

Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz

JET Academy harada yerləşir?

Gənclik filialımızın ünvanı: Bakı ş., Olimpiya küçəsi 6A (Gənclik Mall yaxınlığında). Koroğlu filialımızın ünvanı: Bakı ş., Heydər Əliyev prospekti 187B, Sport Plaza, B bloku, 4-cü mərtəbə (Atletlər kəndi yaxınlığında).

Proqramlaşdırmanı öyrənmək üçün ingilis dili biliyi vacibdirmi?

İngilis dili biliyi B1/B2 səviyyəsində olmalıdır: ingilis dilində dokumentasiyanı rahat oxuyub başa düşməlisiniz. Yüksək səviyyəli proqramçı olmaq istəyirsinizsə, ingilis dili biliyiniz də yaxşı səviyyədə olmalıdır.

Online dərslər mövcuddurmu?

Bəli, dərslərdə istər əyani, istər online formatda iştirak edə bilərsiniz.

Kurslara neçə yaşdan qəbul edirsiniz?

16 yaşdan başlayaraq qəbul edirik, xüsusi hallarda 14-15 yaşdan da qəbul edə bilirik

Kursu bitirdikdən sonra sertifikat alacam?

Bəli, kurslarımızı bitirən məzunlarımızı sertifikat ilə təmin edirik. Kurslarımızı fərqlənmə ilə bitirən məzunlarımızı isə “Fərqlənmə sertifikatı” ilə təmin edirik.

Özümlə kompüter gətirməliyəmmi?

Əgər sizin şəxsi notbukunuz varsa, o zaman noutbukunuzu özünüzlə dərslərə gətirməlisiniz. Əgər noutbukunuz yoxdursa, o zaman biz sizi dərs zamanı masaüstü kompüter və ya noutbuk ilə təmin edəcəyik.

Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?

Bəli, kurslarımızı uğurla bitirmiş məzunlarımızı əməkdaşlıq etdiyimiz şirkətlərə təcrübə və iş üçün yönəldiririk.

Təlimçilər barədə məlumat almaq istəyirəm.

Təlimçilərimiz bir neçə il təcrübəyə malik peşəkar proqramçılardır, onlar bank sektoru, texnoloji şirkətlər və digər biznes sahələri üçün bir çox proqram təminatı hazırlamış mütəxəssislərdir və bu sahədə böyük təcrübəyə malikdirlər. Sınaq dərslərimizdə iştirak edərək özünüz təlimçilərin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.

Sınaq dərsinizdə iştirak etmək olarmı?

Bəli, sınaq dərslərimizdə iştirak edərək, özünüz dərs şəraiti, təlimçi və dərs metodikası ilə heç bir ödəniş etmədən tanış ola bilərsiniz. Sınaq dərsinə yazılmaq üçün bizimlə telefon və ya whatsapp üzərindən əlaqə saxlayın.

Digər kurslarımız

JET Academy-də siz proqramlaşdırma sahəsinin ən tələb edilən istiqamətləri üzrə təhsil ala bilərsiniz

Machine Learning Kursu