IT System Administration kursu. IT kursu

Kurs haqqında

 

IT System Administration mütəxəssisi (IT Sistem İnzibatçısı) - şirkətin informasiya texnologiyaları (İT) infrastrukturunun qurulması, idarə edilməsi və üst səviyyədə dəstəklənməsi üzrə bir mütəxəssisdir. Bu şəxs IT  infrastrukturunun effektiv işləməsi və gücləndirilməsi üçün bütün lazımi tədbirləri görən və işləri icra edən şəxsdir.

 

IT System Administration kursumuza qatılaraq siz nə öyrənəcəksiniz:

 

  •    ▪︎ IT servislərin, şəbəkələrin və serverlərin quraşdırlması;
  •    ▪︎ Mövcud IT infrastrukturun gücləndirilməsi;
  •    ▪︎ Lokal (LAN) və geniş (WAN) şəbəkələrin qurulması, Virtual şəbəkələr, Cisco switch və routerlərinin sazlanması; 
  •    ▪︎ Məlumat bazalarının qurulması, idarə edilməsi, yedəklənməsi və təhlükəsizliyinin təmin edilməsi;
  •    ▪︎ Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, Router və Firewall-ların quraşdırılması və sazlanması;
  •    ▪︎ Microsoft Windows serverlərinin və serislərin quraşdırılması: Active Directory, File Server, Web-Server və s.
  •    ▪︎ Məlumat təhlükəsizliyi strategiyasının qurulması, təhlükəsizlik həllərinin tətbiq edilməsi, müdafiə tədbirlərinin idarə olunması;
  •    ▪︎ Virtualizasiya: VMware ESXi platforması;
  •    ▪︎ Ehtiyat nüsxələmə texnologiyaları: Veeam Backup;
  •    ▪︎ Lunux serverlər: növləri (distribyutivlər), serverin və servislərin qurulması, əsas komandalar, şəbəkə ayarları və s.

 

Bu kurs kimlər üçündür?

1

IT sahəsinə giriş etmək istəyənlər üçün

2

IT mütəxəssisi peşəsinə sahib olmaq istəyənlər üçün

3

IT biliklərini gücləndirmək istəyənlər üçün

4

Yüksək tələbatlı peşəyə sahib olmaq istəyənlər üçün

Kursun proqramı

1-ci ay

    • Şəbəkə komponentləri ilə tanışlıq: yopologiyalar, kabellər, şəbəkə sürəti
    • Protokollarla tanışlıq: protokollar və portlar
    • IPv4 və IPv6 ünvanları: ünvanların quruluşu, masklar, sabnetlər və s.
    • Şəbəkə modelləri: OSI, TCP/IP
    • Virtual şəbəkələr: məntiqi və qurulması
    • Cisco Switch-ləri: konfiqurasiya edilməsi
    • Cisco Router: konfiqurasiya edilməsi

     

2-ci ay

    • Virtualizasiya: Hyper-V platforması
    • Virtualizasiya: VmWare Esxi platformaları
    • Serverin fiziki olaraq sazlanması, RAİD sisteminin qurulması
    • Serverin əsasları: Windows Server qurulması və ilkin sazlanmalar
    • Domain mühiti: Active Directory setup and configuration
    • DNS və DHCP serverlər: nəzəriyyə, quraşdırılması və sazlanması
    • Terminal server rolunun qurulması

     

3-cü ay

    • Storage həlləri: DAS, NAS, SAN, Fibre Channel
    • File server rolunun quraşdırılma və konfiqurasiya
    • Group Policy: Policy-lərin domen mühitində tətbiq olunması
    • WDS və WSUS serverlər, Print server: quraşdırılma və konfiqurasiya
    • Windows Web Server (IIS): quraşdırılma və konfiqurasiya
    • Ehtiyat nüsxələmə texnologiyaları: Windows Server backup və Veeam Backup

     

4-cü ay

    • Linux serverlər: Distrolar və Linux serverin quraşdırılması
    • Linux serverlər: istifadəçilər və icazələr
    • Linux server: əsas komandalar, qovluqların və faylların yaradılması, mətn redaktorları
    • Linux server: Web, Mail və digər servislərin qaldırılması
    • Praktiki işlər: Linux serverin quraşdırılması və sazlanması

     

Qeydiyyatdan keç

Kursu seçin Adınız və soyadınız E-mailiniz Əlaqə nömrəniz Zəng üçün sizə uyğun olan vaxtı seçin


Karyera dəstəyi

Portfolio hazırlanması

Kurs və Təcrübə proqramı ərzində hazırlayacağınız layihələri Portfolionuza və CV-nizə yerləşdirə biləcəksiniz

CV məsləhətləri və yönləndirmə

CV hazırlanması üzrə məsləhət veririk və hazır CV-nizi partnyor şirkətlərə təcrübə və iş üçün yönəldirik

İntervyu məsləhətləri

Sizə iş təklif edən şirkət ilə intervyu üçün hazırıayacayıq: özünüzü intervyuda necə aparmalısınız, suallara necə cavab verməlisiniz və digər məsləhətlər

İş üçün yönləndirmə

Kursu bitirdikdən sonra dərhal işə başlamaq çox önəmlidir. Bu məsələdə də biz sizə yardımçı olacağıq: iş imkanı üçün sizi əməkdaşlıq etdiyimiz şirkətlərə yönəldəcəyik

Təcrübə proqramı

Siz kursumuzun məzunu olduqdan sonra sizi təcrübə proqramı ilə təmin edəcəyik və ya təcrübə üçün partnyor şirkətlərə yönəldəcəyik

Texniki dəstək

Kurslarımızı bitirdikdən sonra belə biz 6 ay ərzində sizin yanınızda olacayıq. Əgər siz işə düzəldiyiniz şirkətdə hər hansı texniki çətinliklə üzləşsəniz, təlimçilərimiz sizə dəstək göstərəcəklər

Məzunlarımız

Məzunlarımızın “JET Academy” haqqında fikirləri ilə tanış olun

Pulsuz Konsultasiya

Tədris sahəsinin seçimi ilə bağlı çətinlik çəkirsinizsə, pulsuz konsultasiya xidmətimizdən istifadə edin. Biz sizə doğru seçim etməkdə yardımçı olacayıq



Tez-tez verilən suallar

Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz

JET Academy harada yerləşir?

Gənclik filialımızın ünvanı: Bakı ş., Olimpiya küçəsi 6A (Gənclik Mall yaxınlığında). Koroğlu filialımızın ünvanı: Bakı ş., Heydər Əliyev prospekti 187B, Sport Plaza, B bloku, 4-cü mərtəbə (Atletlər kəndi yaxınlığında).

Proqramlaşdırmanı öyrənmək üçün ingilis dili biliyi vacibdirmi?

İngilis dili biliyi B1/B2 səviyyəsində olmalıdır: ingilis dilində dokumentasiyanı rahat oxuyub başa düşməlisiniz. Yüksək səviyyəli proqramçı olmaq istəyirsinizsə, ingilis dili biliyiniz də yaxşı səviyyədə olmalıdır.

Online dərslər mövcuddurmu?

Bəli, dərslərdə istər əyani, istər online formatda iştirak edə bilərsiniz.

Kurslara neçə yaşdan qəbul edirsiniz?

16 yaşdan başlayaraq qəbul edirik, xüsusi hallarda 14-15 yaşdan da qəbul edə bilirik

Kursu bitirdikdən sonra sertifikat alacam?

Bəli, kurslarımızı bitirən məzunlarımızı sertifikat ilə təmin edirik. Kurslarımızı fərqlənmə ilə bitirən məzunlarımızı isə “Fərqlənmə sertifikatı” ilə təmin edirik.

Özümlə kompüter gətirməliyəmmi?

Əgər sizin şəxsi notbukunuz varsa, o zaman noutbukunuzu özünüzlə dərslərə gətirməlisiniz. Əgər noutbukunuz yoxdursa, o zaman biz sizi dərs zamanı masaüstü kompüter və ya noutbuk ilə təmin edəcəyik.

Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?

Bəli, kurslarımızı uğurla bitirmiş məzunlarımızı əməkdaşlıq etdiyimiz şirkətlərə təcrübə və iş üçün yönəldiririk.

Təlimçilər barədə məlumat almaq istəyirəm.

Təlimçilərimiz bir neçə il təcrübəyə malik peşəkar proqramçılardır, onlar bank sektoru, texnoloji şirkətlər və digər biznes sahələri üçün bir çox proqram təminatı hazırlamış mütəxəssislərdir və bu sahədə böyük təcrübəyə malikdirlər. Sınaq dərslərimizdə iştirak edərək özünüz təlimçilərin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.

Sınaq dərsinizdə iştirak etmək olarmı?

Bəli, sınaq dərslərimizdə iştirak edərək, özünüz dərs şəraiti, təlimçi və dərs metodikası ilə heç bir ödəniş etmədən tanış ola bilərsiniz. Sınaq dərsinə yazılmaq üçün bizimlə telefon və ya whatsapp üzərindən əlaqə saxlayın.

Digər kurslarımız

JET Academy-də siz proqramlaşdırma sahəsinin ən tələb edilən istiqamətləri üzrə təhsil ala bilərsiniz

IT System Administration kursu

 

IT System Administrator. Bu ad sizə tanış gəlir?

 

Bu mütəxəssislər olmasa şirkətlərin IT infrastrukturu çökər və ya ümumiyyətlə heç bir struktur olmaz.

 

Bu əməkdaşlara hər zaman ehtiyac var: həm kiçik, həm orta, həm də böyük şirkətlərdə.

 

Sizin də IT sahəsinə marağınız varsa, siz də hər zaman axtarılan və sevilən bir əməkdaş olmaq istəyirsinizsə, JET Academy-də keçirilən IT kurslarına qoşulun!

 

Təcrübəli dostlarımıza IT System Administration kursumuzu təklif edirik. Bu kursu 4 ay ərzində keçərək, siz IT biliklərinizi dərinləşdirəcəksiniz: serverlər və şəbəkə avadanlıqları ilə daha dərindən tanış olacaqsınız.