Scratch nədir?

Scratch nədir?

05.08.2023

419

Scratch nədir?

 

 

Scratch, MIT tərəfindən hazırlanmış web-based proqramlaşdırma dilidir. Uşaqların proqramlaşdırma dilini öyrənməsi üçün 2007-ci ildə Massaçusets Texnologiya İnstitutunun (MIT-Massachusetts Institute of Technology) Media Lab qrupu tərəfindən Scratch proqramlaşdırma dili (müəllif Mitchel Resnick) yaradılıb və 30 iyun 2009-cu ildə bu proqramın daha işlək Scratch 1.4 versiyası işıq üzü görüb. Qeyd edək ki, ən məşhur proqramlaşdırma mühiti sayılan “Scratch 3.0” (son versiyası) Azərbaycan dilinə tərcümə olunub və hazırda "Rəqəmsal bacarıqlar" layihəsinə qoşulan məktəblərdə tətbiq edilir.
Qısa müddətdə bu proqram dünya səviyyəsində sevilib və geniş tətbiq edilməyə başlayıb.

 

Uşaqların kodlaşmanı erkən yaşlarından öyrənməsi çox  vacibdir.

 

 Kodlaşdırma uşaqlar üçün tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək və diqqətini cəmləmək baxımından çox əhəmiyyətlidir. Bu yolla uşaqlar rəqəmsal dünyanı daha dərindən kəşf edə bilərlər. Uşaqların kodlaşdırma öyrənməsi yeni dünyalar kəşf etməsi deməkdir. Bu yolla onlar daha yaradıcı ola bilərlər. Kodlaşdırmanı öyrənmək onların özünə inamını artırır, ünsiyyət bacarıqlarını və problem həll etmə qabiliyyətlərini gücləndirir. Bundan əlavə, kodlaşdırma riyaziyyat və dil bacarıqlarının inkişafına kömək edə bilər.

 

 

Proqram hərkəs üçün faydalı universal bacarıqları inkşaf etdirir

 

Yuxarıda qeyd olunan oyunda personajın maneələrdən yayınmasi üçün sadə bir oyun(lahiyə) yaradılmışdır.Usaqlar həm sərbəst həm də komanda şəklində öz lahiyələrini hazırlayırlar. Birgə işdə əməkdaşlıq etmək, planlaşdırmaq və hədəflərə çatmaq bacarıqlarını inkişaf etdirir.Sizin uşağınızın gələcəkdə kim olması və nə ilə məşğul olmasından aslı olmayaraq. Jed Academy”-də alacağı bilik və bacarıqlar ona faydalı olacaq.

 

 

Məqaləni hazırladı: Firuddin soyadini bilmirem

Təsdiqlədi Əlinemət: İsiyev