Next.JS-də ilk addımlar!

Next.JS-də ilk addımlar!

10.06.2023

1219

Next.JS nədir?

 

![MarineGEO circle logo](./sual.svg "Sual?")

 

Next.js, React framework-u olaraq tanınan, istifadə edərək super sürətli, SEO-friendly və production üçün çox effektiv statik veb saytlar və veb tətbiqləri hazırlamağa imkan verən alətdir. Next.js, çox developer-friendly bir framework olaraq tanınır və məhz bu səbəbdən proqramçılar arasında çox məşhurdur. 

 

Əlavə konfiqurasiya tələb olunmadan hibrid statik və server renderi, TypeScript dəstəyi, ağıllı bundling, routing və s. üstünlükləri var.

 

NextJS tətbiqini necə yaratmaq olar?

 

İlk öncə, biz `create-react-app` və ya `create-vite-app`-dakı kimi, burdada bir əmr istifadə edəcəyik.

 

npx create-next-app@latest

 

Əmrimiz icra olunandan sonra, konsolumuz başlayacaq proyektin konfiqurasiya prosessinə.

 

What is your project named? my-app

    Would you like to use TypeScript? No / Yes

    Would you like to use ESLint? No / Yes

    Would you like to use Tailwind CSS? No / Yes

    Would you like to use `src/` directory? No / Yes

    Would you like to use App Router? (recommended) No / Yes

    Would you like to customize the default import alias (@/*)? No / Yes

    What import alias would you like configured? @/*

 

İlk sualda, konsol bizdən proyektimizin adını, növbəti suallarda, TypeScript, ESList, TailwindCSS-in əlavə edilməsini soruşur.  Növbəti sualda `/src` qovluğunun istifadə edilməsini soruşur. Mən şəxsən tövsiyyə edirəm ki, hər iki variantı yoxlayıb, rahat olanını seçəsiniz. Növbəti sual isə App Router-in istifadə edib etməyəcəyimizi soruşur, və biz mütləq Yes basırıq. Hərşey yüklənəndən sonra, npm run dev yazırıq və proyektimizi açırıq. Təbriklər, ilk NextJS tətbiqimiz hazırdı, və növbəti blog-larda, biz NextJS-in qovluq strukturuna daha dərindən baxacayıq.

 

Məqaləni hazırladı: Rüfət Əliyev

Təsdiqlədi: Əlinemət İsiyev