IT Specialist kursu. IT kursu

Kurs haqqında

Təlimdə EHM-ların, yəni təkcə kompüterlərin deyil, mobil cihaz, rəqəmsal sistemə uyğun müxtəlif hesablama texnikasının iş prinsipi, hissələri, texniki qulluğu ilə əyani tanış olacaq, eyni zamanda proqram təminatı, əməliyyat sistemləri, servis və utilit əlavələrlə, virtual maşın və serverlərlə praktiki işləri yerinə yetirəcəksiniz.

 

Bundan əlavə, sizi şəbəkələr, kibertəhlükəsizlik, proqramlaşdırma və IT-nin geniş yayılmış digər sahələri ilə yaxından tanışlıq gözləyir. IT Specialist kursumuzu keçməklə siz nə əldə edəcəksiniz:

    ✔️ IT sahəsinə giriş etmiş olacaqsınız və IT mütəxəssis olaraq çalışmağa başlaya biləcəksiniz;
    ✔️ Kompüterlərdə, şəbəkələrdə, serverlərdə və digər korporativ avadanlıq və sistemlərdə yaranan problemləri həll etməyi öyrənəcəksiniz;
    ✔️ Bu kurs ərzində alacağınız bilik və bacarıqların hesabına IT-nin digər sahələrinə asanlıqla keçid edə biləcəksiniz;
    ✔️ Bilik və bacarığınızı təsdiq edən sertifikat əldə edəcəksiniz;
    ✔️ Beynəlxalq sertifikatlar əldə etmək üçün imtahanlara tam hazır olacaqsınız;

 

Bu kurs kimlər üçündür?

01

IT sahəsinə giriş etmək istəyənlər üçün

02

IT mütəxəssisi peşəsinə sahib olmaq istəyənlər üçün

03

IT biliklərini gücləndirmək istəyənlər üçün

04

Yüksək tələbatlı peşəyə sahib olmaq istəyənlər üçün

Kursun proqramı

1-ci ay

    “IT HelpDesk” modulu (3 ay müddətində keçirilir)

     

    • Kompüterin əsas hissələri
    • Saxlanc qurğuları
    • Periferiya qurğuları və genişlətmə kartları
    • Video görüntü sistemləri və xarakteristikaları
    • Çap qurğuları
    • Noutbuklar
    • Mobil qurğular  

2-ci ay

    • Əməliyyat sistemləri      
    • Disk və fayl sistemlərinin növləri
    • Windows-un quraşdırılması        
    • Windows-un ayarlanması            
    • Sistem və təhlükəsizlik ayarları  
    • Şəbəkə və paylaşım ayarları       
    • İstifadəçi hesabları         

3-cü ay

    • Görünüş və fərdiləşdirmə                           
    • Proqramlar        
    • Windows Əməliyyat Sistemlərinin tənzimləmələri            
    • Command Prompt-un istifadə edilməsi və əmrlər
    • Digital video recorder
    • Network video recorder
    • Ofis proqram təminatı

4-cü ay

    “System Administration” modulu (3 ay müddətində keçirilir)

     

    • Şəbəkə komponentləri ilə tanışlıq
    • Protokollarla tanışlıq
    • IPv4 və IPv6 ünvanları
    • Şəbəkə modeli
    • Cisco kommutator
    • Cisco router
    • Virtual şəbəkələr
    • Virtualizasiya
    • Vmware Esxi platforması

5-ci ay

    • Vmware Esxi platformasının ilkin ayarlanması
    • Serverin əsasları
    • Windows Serverdə bəzi role-in təsnifatı
    • Domain mühiti
    • Domain Name Service
    • Domain Host Configuration Protocol
    • Group policy ayarları
    • Storage həlləri
    • Fayl server 

6-cı ay

    • Terminal Server 
    • WDS server
    • WSUS server
    • Windows web server
    • Print server 
    • Ehtiyat nüsxələmə texnologiyaları
    • Veeam backup sistemi ilə nüsxələmə
    • Linux server
    • Linux komandalar

Qeydiyyatdan keç

Kursu seçin Adınız və soyadınız E-mailiniz Əlaqə nömrəniz Zəng üçün sizə uyğun olan vaxtı seçin

Karyera dəstəyi

Portfolio hazırlanması

Kurs və Təcrübə proqramı ərzində hazırlayacağınız layihələri Portfolionuza və CV-nizə yerləşdirə biləcəksiniz

CV məsləhətləri və yönləndirmə

CV hazırlanması üzrə məsləhət veririk və hazır CV-nizi partnyor şirkətlərə təcrübə və iş üçün yönəldirik

İntervyu məsləhətləri

Sizə iş təklif edən şirkət ilə intervyu üçün hazırıayacayıq: özünüzü intervyuda necə aparmalısınız, suallara necə cavab verməlisiniz və digər məsləhətlər

İş üçün yönləndirmə

Kursu bitirdikdən sonra dərhal işə başlamaq çox önəmlidir. Bu məsələdə də biz sizə yardımçı olacağıq: iş imkanı üçün sizi əməkdaşlıq etdiyimiz şirkətlərə yönəldəcəyik

Təcrübə proqramı

Siz kursumuzun məzunu olduqdan sonra sizi təcrübə proqramı ilə təmin edəcəyik və ya təcrübə üçün partnyor şirkətlərə yönəldəcəyik

Texniki dəstək

Kurslarımızı bitirdikdən sonra belə biz 6 ay ərzində sizin yanınızda olacayıq. Əgər siz işə düzəldiyiniz şirkətdə hər hansı texniki çətinliklə üzləşsəniz, təlimçilərimiz sizə dəstək göstərəcəklər

Məzunlarımız

Məzunlarımızın “JED Academy” haqqında fikirləri ilə tanış olun

Pulsuz Konsultasiya

Tədris sahəsinin seçimi ilə bağlı çətinlik çəkirsinizsə, pulsuz konsultasiya xidmətimizdən istifadə edin. Biz sizə doğru seçim etməkdə yardımçı olacayıq



Tez-tez verilən suallar

Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz

JED Academy harada yerləşir?

Gənclik filialımızın ünvanı: Bakı ş., Olimpiya küçəsi 6A (Gənclik Mall yaxınlığında). Koroğlu filialımızın ünvanı: Bakı ş., Heydər Əliyev prospekti 187B, Sport Plaza, B bloku, 4-cü mərtəbə (Atletlər kəndi yaxınlığında).

Proqramlaşdırmanı öyrənmək üçün ingilis dili biliyi vacibdirmi?

İngilis dili biliyi B1/B2 səviyyəsində olmalıdır: ingilis dilində dokumentasiyanı rahat oxuyub başa düşməlisiniz. Yüksək səviyyəli proqramçı olmaq istəyirsinizsə, ingilis dili biliyiniz də yaxşı səviyyədə olmalıdır.

Online dərslər mövcuddurmu?

Bəli, dərslərdə istər əyani, istər online formatda iştirak edə bilərsiniz.

Kurslara neçə yaşdan qəbul edirsiniz?

16 yaşdan başlayaraq qəbul edirik, xüsusi hallarda 14-15 yaşdan da qəbul edə bilirik

Kursu bitirdikdən sonra sertifikat alacam?

Bəli, kurslarımızı bitirən məzunlarımızı sertifikat ilə təmin edirik. Kurslarımızı fərqlənmə ilə bitirən məzunlarımızı isə “Fərqlənmə sertifikatı” ilə təmin edirik.

Özümlə kompüter gətirməliyəmmi?

Əgər sizin şəxsi notbukunuz varsa, o zaman noutbukunuzu özünüzlə dərslərə gətirməlisiniz. Əgər noutbukunuz yoxdursa, o zaman biz sizi dərs zamanı masaüstü kompüter və ya noutbuk ilə təmin edəcəyik.

Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?

Bəli, kurslarımızı uğurla bitirmiş məzunlarımızı əməkdaşlıq etdiyimiz şirkətlərə təcrübə və iş üçün yönəldiririk.

Təlimçilər barədə məlumat almaq istəyirəm.

Təlimçilərimiz bir neçə il təcrübəyə malik peşəkar proqramçılardır, onlar bank sektoru, texnoloji şirkətlər və digər biznes sahələri üçün bir çox proqram təminatı hazırlamış mütəxəssislərdir və bu sahədə böyük təcrübəyə malikdirlər. Sınaq dərslərimizdə iştirak edərək özünüz təlimçilərin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.

Sınaq dərsinizdə iştirak etmək olarmı?

Bəli, sınaq dərslərimizdə iştirak edərək, özünüz dərs şəraiti, təlimçi və dərs metodikası ilə heç bir ödəniş etmədən tanış ola bilərsiniz. Sınaq dərsinə yazılmaq üçün bizimlə telefon və ya whatsapp üzərindən əlaqə saxlayın.

Digər kurslarımız

JED Academy-də siz proqramlaşdırma sahəsinin ən tələb edilən istiqamətləri üzrə təhsil ala bilərsiniz

IT Specialist kursu

 

       IT Specialist bir xidmət və ya məhsul üzrə müştəriyə göstərilən texniki dəstəkdir. Böyük şirkətlərdə IT departamentlər çox şaxəli və doğru strukturlarla təsis edildiyi üçün, IT Specialist komandası da öz daxilində, “Specialist Agent”, “Specialist Team Lead”, “Specialist Manager” olaraq, 3 hissəyə ayrılır.

 

       Biz bu yazımızda, “IT Specialist” haqqında danışacağıq. IT Specialist qısaca desək, bir müəssisə daxilində yaranmış texniki problemləri həll edən şöbədir.Şirkət daxilindəki kompüterlərin, skanerlərin, printerlərin və ümumiyyətlə bütün texnoloji cihazların yaşadığı texniki problemləri, Specialist komandasının həll etməsi gözlənilir. Əgər bu texniki problemləri həll etmək mümkün deyilsə, bu cihazların təmiri üçün kənardan bir dəstək alınmağını və ya yeni cihazların sifariş edilməsini, IT Specialist komandası əlaqəli departamentə bildirir.

 

       IT Mütəxəssis Hansı İşləri Görür? IT mütəxəssis cihazlarda yaranan problemləri aradan qaldırmaqla bərabər, kompüterlərdə əməliyyat sistemlərində yaranmış problemləri həll etməli, yeni əməliyyat sistemlərini yazmalı, kompüterləri tələb olunan proqram təminatları ilə təmin etməli və sistem backup’larını almalıdır.

 

       IT Specialist Olmaq İstəyənlərə Təklifimiz Var! Bir şirkətdə kiçik mütəxəssis kimi işləməyə başladığınızda, üzləşdiyiniz problemləri həll edərək biliyinizi təcrübə ilə çox daha artıracaqsınız. Əgər siz iş mühitinə başlamadan əvvəl lazımi praktiki biliklərə yiyələnmək istəyirsinizsə, JED Academy ailəsinə qoşulun və gələcəyə ilk addımızı bizimlə atın!